Qonaq Kitabı
Dedim, dedi

(Bir az bənzətmə kimi[1])

 

Dün varid oldu mənzilimə bir yekə həpənd.

Yetcək çığırdı başıma: Key, başıboş ləvənd,

Şərm et, utan, bu qədr müsəlmanə olma bənd!

Gəl, boşla, bəs deyilmi o yazdıqların çərənd?!

Sordum: Əmu, cünunmu bu halət! - dedim, dedi:

 

Yox, yox... Səninlə çaki-giriban olaq gərək.

Gördüm yavaş-yavaş danışır başqa bir sayaq,

Hər bir dil ilə yalvarıram, verməyir qulaq.

Soxmuş əbası altına ləzzətli bir çomaq,

Hər dəmdə bir döyür yerə zərbilə taqqa-taq,

– Fikrin nədir? De, vermə məlamət! – dedim, dedi:

– Dur, çıx, bayırda daxili meydan olaq gərək!

 

Düz söz, bir azca canımı titrətdi bu kəlam.

Durdum əyağə, bir iki qat eylədim səlam.

Bir baxdı, söylədi: Məni sən çox da bilmə xam!

Çün bilmişəm küfrü-zəlalətdəsən müdam.

– Göstər, nədir bu fikri-zəlalət? – dedim, dedi:

– Guya hər işdə vazehi-bürhan olaq gərək.

 

– Küfründə söylə şəkk varındırmı? Liləcəb,

Şüğlün deyilmi nəşri-xürafat ruzü şəb:

Bu söz bir az da halətimi qıldı münqələb,

Sordum: – Əmu, ki, sizdə nədir böylə bisəbəb

Ürfanə qarşı bunca büxalət? – dedim, dedi:

– Bizlər həmişə düşməni-ürfan olaq gərək.

 

Gördüm ki, boş-boş iczü niyaz etsəm hər qədər

Əsla qürurlu cəhlə bu iczü niyaz eyləməz əsər,

Çəkdim kəmali-yəsilə bir ahi-pürşərər,

Aya, hənuz ümməti-islam üçün məgər

Kafi deyil bu qədri cəhalət, – dedim, dedi:

– Yox, yox! Həmişə cahilü nadan olaq gərək.

 

Baxdım bu sözdə rişteyi-səbr oldu tarü mar,

Bu kütlə müstəidi-əsarətdir aşikar,

Bundan ziyadə məndə yox islahə iqtidar,

Izhari-məzirətlə sükut etdim ixtiyar.

– Rahət yatın, o siz, o səfalət– dedim, dedi:

– Hə, bax! Bu sözdə tabei-fərman olaq gərək.

 

“Məzəli”, â„– 6, 2 fevral 1915



[1] Həbibinin məşhur “Dedim, dedi” şeiri nəzərdə tutulur. – Q.M.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info