Qonaq Kitabı
Ay haray!

Öz qulaqlarımla aldığım mükafat

 

Ay haray, bu başı batmış haradan çıxdı, yenə

Götürüb həftədə yüz min cür ovham yazır.

Sataşır bəslədiyim məzhəbə, imanə, dinə...

Eyləyir cümlə müsurmanları bədnam, yazır.

 

Bir demir ümməti-islamə təcəddüd nə gərək,

Bizə nə xeyri, varıb aləmi-ürfanə gedək.

Biz gərək tasə baxaq, rəml ataq, oraq sərək,

Özü hər bir yola istər gedə, getsin “bədərək”

Bizi də istəyir etsin özünə ram, yazır,

Eyləyir cümlə müsurmanları bədnam, yazır.

 

Köhnədən qalma gözəl sözləri ovham sanır,

Divi inkar ediyor, cinni, şəyatini danır.

Deyəsən vergi verilmiş buna, hər əmri qanır.

Bir yazır, bir oxuyur, bir düşünür, bir dayanır,

Gecə-kündüz çalışır, sübh yazır, şam yazır,

Eyləyir cümlə müsurmanları bədnam, yazır.

 

Bar ilahi! Bizə bundan sora təqdir nədir?

Küfrün insanlara bu etdiyi təsir nədir?

Biz nəyiz, şeir nədir, bir belə təhrir nədir?

Bilmirəm bu dəli imansıza tədbir nədir?

Aşkara edir öz küfrünü elan yazır,

Eyləyir cümlə müsurmanları bədnam, yazır.

 

Gah görürsən ki, durub eylədi iradi-kəlam,

Ki, gərək “aləmi nisvan” ola nail bə məram.

Qız da oğlan kimi hər an edə təhsilə dəvam.

Qalmışam matü məəttəl, səbəbin anlamıram.

Buna bu sözləri kim eyləyir ilham, yazır.

Mollalar tək, deyəsən, ümmətə ehkam yazır.

 

Sanki əşar yazıb, eyləyir isbati-hünər,

Aşikara qələmindən tökülür fitnəvü şər.

Məqsədi fitnəvü şər, məsləki-islamə zərər,

Üstün açsan sözünün, axiri lal küfrə çəkər,

Əlqərəz, kim, bu yazıq xalqı görüb xam, yazır,

Eyləyir cümlə müsurmanları bədnam yazır.

 

Dastançı

Məzəli”, â„– 5, 31 yanvar 1915

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info