Qonaq Kitabı
Qəzəl deyil, məzəl

(Məzəli”yə məzəl” yazmalı)

 

Rəhm et, gözəlim, məhbəsi hicranına düşdüm,

Eşqində müqəssir kimi zindanına düşdüm.

Mehrab sanıb qaşını durduqda nəmazə,

Aldandı gözüm, fitneyi-şeytanına düşdüm.

 

Tutdum səri-zülfündən, o zalim də ilantək

Ətritdi məni ta yıxılıb yanına düşdüm.

Durdum ki, içəm “abi-şəfa” ləli-ləbindən,

Nakə sürüşüb çeşmeyi-heyvanına düşdüm.

 

Bir növ üzüb şıp-şıpa çıxdım çənən üstə,

Gubbultu ilə çahi-zənəxdanına düşdüm.

Qalxırdım o qaranlıq quyudan bəs ki, darıxdım,

Seyr etmək üçün növbəti reyhanına düşdüm.

 

Reyhanlar əra gəzdiyimi anladı bağban,

Bir sillə yeyib guşeyi-damanına düşdüm.

Eşqində bu izalərə qatlaşmayıb axır,

Aldım “dəyənək”tək qələmi canına düşdüm.

 

Bir-bir hamı ətfarını yazdım “məzəl” etdim,

Sonra oxuyub, gülməli dəstanına düşdüm.

Tapdım yolun, istər keçə yüz il, ötə min il,

Bundan sora əhval budur, şimdi özün bil.

                                               Vəssalam!

Dastançı

Məzəli”, â„– 2, 10 yanvar 1915

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info