Qonaq Kitabı
Ədəbiyyat

Məşədi Fərzalı and içdim, inan, canım üçün,

Dini yox bu yeni məzhəblərin, imanım üçün.

 

Gah deyirlər ki, gəlin hümmət edək, parə saçaq,

Vətən ətfalı üçün ta yeni məktəblər açaq,

Xalq yüz ildə gedən yolları bir gündə qaçaq.

Yoxmu bu işdə zərər sərfeyi-milyanım üçün,

Dini yox bu yeni məzhəblərin, imanım üçün.

 

Nəyə lazımdır, atam, tifli müsəlman oxuya!..

Beş-on ildən sonra məktəb qurtarıb şapka qoya!

Son dura bir para uydurma yalanlar toxuya,

O yalanlar da vura rəxnə müsəlmanım üçün,

Dini yox bu yeni məzhəblərin, imanım üçün.

 

Qoymaram mən bu qəbil işlərə, əlbəttə, qədəm,

Mənə nə dəxli tutub millətimiz rahi-ədəm,

Mən gərək həzrəti “milyanə” bu gün xidmət edəm,

Ta xələl yetməyə bu dəbdəbəvü şanım üçün,

Dini yox bu yeni məzhəblərin, imanım üçün.

 

Mənə nə dəxli cəhl xələl izzəti-islamə qatır.

Millətim ac qalaraq qeyrətü namüsi satır.

Ya ki, çıplaq vətən övladi saçaqlarda yatır,

Mən gərəkdir çalışam sərvətü samanım üçün,

Ta xələl qatmaya dəbdəbəvü şanım üçün.

 

Dəliyəmmi, nə üçün rahi-səfahət gedirəm,

Xeyirsiz bir belə zəhmətləri axir nedirəm,

Çünki bu barədə mən ruzü şəb hey fikr edirəm,

Görürəm zərrəcə yox nəfi cibişdanım üçün,

Mən gərəkdir çalışam sərvətü samanım üçün.

 

Eşidirdinmi ki, məsciddə dünən Molla Qəvam,

Bu yeni elmləri etdi şəriətdə həram,

Söylədi qoymayasız mail ola elmə əvam.

Söz budur kim, o kişi söylədi, vivdanım üçün,

Dini yox bu yeni məzhəblərin, imanım üçün.

 

Sən yeməkdən de mənə, gör nə müəddəb çökərəm,

Bir iki həmlədə üç-dörd cücə böyrün sökürəm.

Göz dəyər, söylə maşallah, nə qədər dən tökərəm,

Verməyir öhdə bu qüvvətli dəyirmanım üçün,

Qalmayır qabda pilov dadlı fisincanım üçün,

Dini yox bu yeni məzhəblərin, imanım üçün.

 

Dastançı

Məzəli”, â„– 1, 3 yanvar 1915

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info