Qonaq Kitabı
Mənə dəymə

Dindirmə canım, boşla məni, halimə dəymə!

Gəl pozmagilən nəşəmi, əhvalimə dəymə!

 

Mən qanmaram aləmdə bu günlər nə xəbərdir.

Əhvali-bəşər, vəz-cahan zirü zəbərdir.

Bunlar hamısı şeytan işidir, fitnəvü şərdir.

Hər kimsə bu gün açsa gözün qani hədərdir

Tərpətmə, sınar, boşla, pərü balimə dəymə!

Gəl pozma mənim nəşəmi, əhvalimə dəymə!

 

Axır mənə nə dəxli ki, afaq sərasər,

Bir ərseyi-vəhşət kimi çənkü cədəl eylər.

Qanimdə vurar mövc, dəniz tək quru yerlər,

Əl vurma ki, qışdır, bədənim yel kimi titrər,

Qoy rahət olum, kürsüyü mənqalimə dəymə,

Gəl pozma mənim nəşəmi, əhvalimə dəymə.

 

Qoy bir tikə asudə yeyim şamü nəharı,

Get istəmirəm, gəlmə, amandır, mənə sarı.

Qırxdır üzünü, bığlarını, tulla yuxarı,

Qoy “şapqanı”, həm pəncəyi gey əyninə barı,

“Əmmaməmə əl vurma, uzun şalimə dəymə,

Gəl pozma mənim nəşəmi, əhvalimə dəymə.

 

Aldatma müridanımı, ey zadeyi “Nəm-nəm”i.

Əfsarını tapşır mənə, bax, gör necə minnəm.

Minnəm, sürərəm, istədiyim xov sevinnəm,

Sən qat özünü özgələrə, rov becəhənnəm,

Bari mənim əfkarıma, amalıma dəymə,

Gəl pozma mənim nəşəmi, əhvalimə dəymə.

 

Hər gün bir para çıxarır bir parça imansız öküzlər,

“London” kimi, “Berlin” kimi min cür yeni sözlər,

Bu sözlər ilə sanki vururlar mənə gözlər.

Yansın o ağızlar, elə dillər, elə gözlər!

Mən sahibi-iman kişiyəm, halimə dəymə,

Gəl pozma mənim nəşəmi, əhvalimə dəymə.

 

Qırxıq başa gülmə,

Saqqalıma dəymə,

Pamal olar eşqin,

Bu halimə dəymə!

 

Dastançı

Məzəli”, â„– 1, 27 dekabr 1914

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info