Qonaq Kitabı
Rahilə təsəlli

Rahilə[1] təsəlli

Qəm çəkmə əbəs, qüdrəti-yəzdan unudulmaz!

Şeytan var ikən, həzrəti-Sübhan unudulmaz.

Rahil dayı! Vallahi, bu dövran unudulmaz.

Hər şey unudulsa, meyü canan unudulmaz.

Zatindəki ol “Şöleyi-ürfan” unudulmaz.

Asarı olan “Şərhi-Gülüstan” unudulmaz.

Sanma yaxalır qüdrəti-əbnayi-zəmanın,

Rəyakeş olur hər yerə zövqi üçəlatın.

Keçməz işə bu əsridə kizbi cühəlanın

Fikr eyləmə, məhv olsa da ismi ürəfanın

Zatindəki ol “Şöleyi-ürfan” unudulmaz.

Asarı olan “Şərhi-Gülüstan” unudulmaz.

Aləmdə əgər qalmasa da rəhm mürüvvət,

Məhkumi-xəyal olsa əfkari-həqiqət.

Dövlət ulağa, nemət itə olsa da qismət,

Heç bir kişidə olmasa da ar ilə qeyrət,

Zatindəki ol “Şöleyi-ürfan” unudulmaz.

Asarı olan “Şərhi-Gülüstan” unudulmaz.

Sən baxma bu bidinlərə, get sahibi-din ol!

Aldanma hədis əhlinə, sən əhli-yəqin ol!

Başla işini, sənətini, guşənişin ol!

Dünya var ikən get, kişi, yat, dincəl, əmin ol,

Zatindəki ol “Şöleyi-ürfan” unudulmaz.

Asarı olan “Şərhi-Gülüstan” unudulmaz.

İslamın əsası yıxılıb olsa da bərbad,

Bir kimsə əgər etməsə də onlara imdad,

Sancsa Vətənin bağrına gər tiğini Şəddad,

Sən olma, kişi, qapı-qapı gəzməyə metad,

Zatindəki ol “Şöleyi-ürfan” unudulmaz.

Asarı olan “Şərhi-Gülüstan” unudulmaz.

Qəm çəkmə, əgər cəhl evi olmuşsa dəbistan,

Düşmüşsə ulaq peyinə əzhari-“Gülüstan”,

Gər yazsa da xırda şüəra min cürə dastan,

Hətta həqq özü göndərə yüz min yerə Quran.

Zatindəki ol “Şöleyi-ürfan” unudulmaz.

Asarı olan “Şərhi-Gülüstan” unudulmaz.

Aləm dəyişib, qüdrəti-qadir unudulsa,

Cahil ucalıb, arifü Şair unudulsa,

Qanun pozulub, Sabirü, Cabir unudulsa,

Əlqissə, bütün batinü zahir unudulsa,

Zatindəki ol “Şöleyi-ürfan” unudulmaz.

Asarı olan “Şərhi-Gülüstan” unudulmaz.

 

Tikançı

Molla Nəsrəddin” â„– 12, 12 may 1914



Qeyd: Şair Molla Sadıq Rahil Sədinin məşhur “Gülüstan” əsərini yaramaz şəkildə tərcümə etdiyi üçün

         Dövrü mətbuatda ciddi tənqid olunmuşdur.

         Salman Mümtaz onun haqqında “Molla Nəsrəddin”də -

         “Gərəkdir “Gülüstan”ə çəkmək həsar,

         girib yolmasın güllərin hər himar!»-şeirini yazmışdı.

 

a



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info