Qonaq Kitabı
O müfsid “vaiz”ə

O müfsid “vaiz”ə* 

(Seyyidi Şirvaniyə nəzirə)

Səni adil sanırdım, Vaiza! Əhli cəfasənmiş,

Bütün insafə düşmən, həp mürüvvətdən cüdasənmiş.

Səni “tovhid”ə arif bildiyimdə səhv imiş fikrim

Bu son günlərdə qandım münkəri-“Sənan-xuda” sənmiş.

Nə qədri zahirin xoşdursa da, göstərdi amalın

Ki, təzvir ilə xalqı aldadan əhli-riyasənmiş.

 

Əvamünnasə bunca kəndini “tavus” vəsf etmə

Ki, xərməngahi-dinə od saçan bir “əjdaha” sənmiş.

 

Məni zor ilə təkfir etdiyin sözlə də qandım kim,

Həqayiqdən uzaq, imrazi-cəhlə mübtəlasənmiş.

 

Mənafzadə Sabit

Iqbal” â„– 543, 31 dekabr 1912



* Bu şeir 1910-1912-ci illərdə Tiflisdə iranlıların “Ittifaq” məktəbində müəllim işləmiş təbrizli Məmmədəli Vaizzadə haqqında yazılmışdır. Bu adam 1913-cü ildə bir sıra nalayiq hərəkətlərinə görə məktəbdən qovulmuş, Aşqabada gedərək orada “Müzəffəri” məktəbində işə düzəlmişdi. Məhərrəmlikdə çiyninə qara əba salıb təbrizlilər məscidində mərsiyə oxuyarmış. Nəhayət, burada da rüsvay olur. İrana üz tutur. Burada həm mərsiyə oxuyur, həm də qəzetlərdə Şekspir haqqında məqalələr yazır. Bir neçə dəfə “Molla Nəsrəddin” jurnalı onu ifşa etmişdir. – Q. M.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info