Qonaq Kitabı
Bir lövhə qarşısında

Keçənlərdə Avropa məcmuələrinin birisində “Müharibə dəhşətləri”nə race məşhur bir rəssamın məhsuli-məharəti olan bir təsvir gözümə ilişdi.

İnsanlığın bugünkü əhvali-müdhişəsini kəmalincə təsvir edən o lövheyi-məlal məni tamaşaya cəlb etdi. Baxdım, baxdım... Nəhayət, ustadi-mahirin kağız üzərində yapdığı mənzərələr mənim emaqi-xəyalimdə canlandı, daha doğrusu şeir olmağa başladı. İştə:

1

Qarşımda şü lövheyi-fəlakət

Başdan-başa bir mühiti-qəmdir.

İnsanlıq üçün mədari-ibrət

Bir canlı nümuneyi-ədəmdir...

Baxdıqca bu vəz'i-halə hər dəm

Gözdən tökülür də qanlı yaşlar.

Ruhim həyəcani-yasə başlar.

Fikrimdə cahan olur mücəssəm

Bir səhneyi-purməlalə bənzər!

2

Atəşlə böyük-böyük binalər

Yanmış da xərabəzarə dönmüş,

Qalmış bu od içrə binəvalər,

Hər cümləsinin həyatı sönmüş.

“Bir yanda zavallı madəri-zar

Həsrətlər içində hüznə dalmış,

Qan-yaş tökərək sızıldar, ağlar,

Guya çocuğundan ayrı qalmış –

– Zəncirə düşən qəzalə bənzər!..”

3

Yatmış qan içində tazə damad,

Biruh ləbində cayi-busə,

Bax iştə o nazlı novərusə

Hər ləhzə edər də ahü fəryad.

Bilməm kimi yad edib də hər an,

Əflakə bülənd olur sürudi.

Can vermədə bir çocuq acından,

– Həp şiddəti-zəfdən vücudi

Məğribdə çıxan hilalə bənzər.

4

Heyhat. Bu faciati-dövran

İnsanlığa eyləməzmi təsir?

İştə mədəniyyət, iştə insan

İnsanlığı göstərir bu təsvir,

Yekdigər üçün bu xəlq yeksər

Bir qorxulu, bir sitəmli cəllad.

Vicdan buna qarşı nifrət eylər.

– Zira ki, cahan bəcəhti abad

Bir mərəkeyi-qitalə bənzər.

5

Hər yanda həyatə qarşı eyvah!

“Möhvt”ün gülüyor liqayi-şumi.

Hər çöhrədə rəhmə qarşı ikrah,

Hər yanda bu dəhşəti ümumi –

Ati deyilən bu mövti-həmrah

Göydə, qərədə, dənizdə hakim.

Söylər – mənəm indi hökmə dara

İtlafi-nüfusdan nə bakim?!

“Təxlisi-bəşər məhalə bənzər!”

 

Mənafzadə Sabit

Aşqabad. “Qardaş köməyi” 1917, â„– 1



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info