Qonaq Kitabı
Şeydayi-milliyyət

Həqiqət əhli qəlbini zülməti-yəs ilə tar etməz,

Gözəl ayinəsin hər bir kədərlə ləkkədar etməz.

Fəzayi-eşqdə pərvaz edən bir ruhi-pürhümmət

Gedincə övc edər balayə, meyli-xakzar etməz.

Səmimi şövqi-zövqilə olan şeydayi-milliyyət

Cahanda şən bilməz, arizuyi-iştihar etməz.

Usanmaz bu sipehrin intəhasız cövrü zülmündən,

Cəfa gördükcə ovzai-cahandan ahü zar etməz.

Fələk qoy zülmünün hər pərdəsin açsın da, göstərsin,

Həqiqi mərd olan bu ərsədən qaçmaz, fərar etməz.

Cahanda zalim hər dürlü cəfavü cövr edər, lakin

Nə tövr olsa, yenə inkari-ədli kirdigar etməz.

Gələr bir gün ki, korlar afitabi-ədli-rəbbani

Binayi-zülm titrər, öz məhəllində qərar etməz.

Sınar dəsti-cəfanın qan tökən dəsti-şərərbari,

Ucalmaz bir daha zur ilə kəsbi-iqtidar etməz.

Fəqət acizlik etmək eybdir kəşfi-həqiqətdən.

Həqiqət əhli kəndin iczilə dünyada xar etməz.

Səbatilə gərəkdir intişari-həqqə səy etmək.

Ki, səy etməksizin heç bir həqiqət intişar etməz.

 

M. Ə. Mənafzadə Sabit

“Sədayi-həqq” â„–194, 24 avqust 1914

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info