Qonaq Kitabı
Nəvayi-həsrət

Əflakə çıxdı əbr-sifət dudi-ahımız,

Ovci-fələkdə zülmətə qərq oldu mahımız.

Bu ahi-tirə çeşmeyi-xurşidi qıldı tar,

Parlarmı bir də kövkəbi-bəxti-siyahımız.

Daldı qüruba pərtovi-amal büsbütün

Bu mətləbə üfüqdəki zülmət – küvahımız.

Keçmişdə qəhrəmani-şücaətkən, haliya,

Məğlubi-düşmən oldu müzəffər sipahımız.

Bir tək piyadə fil ilə rux göstərən zaman

Düşdü vəzir heyrətə, mat qaldı şahımız.

Zillət-sərayi fəqridə qaldıq zəlil, xar,

Yəğmayə getdi şövkətimiz, izzü cahimiz.

Ruyi-səmanı çulğalayırkən səhabi-cövr

Gəlməz zühurə bariqeyi-intibahımız.

Təcdidi-hal cılız ikən, bax ki, bizlərin

Vardır yenə bu məsələdə iştibahımız.

İşbu cəzayə məhzəri-divani-əsrdə

Məhkum qaldı, iştə cəhalət günahımız.

Bir dövr də bu novilə gər keçsə, bisual

Olluq təmam qəhri-təbiətlə payimal.

 

Mənafzadə Sabit. 6 iyun 1914.

“Sədayi-həqq”, 20 iyul 1914

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info