Qonaq Kitabı
Həyat səhnəsinin cansız pərdələri

1

Məbhut qalır əqlim

Gördükcə bu dünyanı.

Ovzai təbiətdə

Bilməm bu nə halətdir?

Çıldırdım, aman, ya rəb!

Həll et şü müəmmanı,

Məcmueyi-xilqətdə,

Aya, bu nə hikmətdir?

2

Afaq edər hər dəm

Bir əksi-əməl izhar.

Məşriqdə doğar zülmət,

Məğribdə günəş parlar.

Bu hadisələr, əlhəqq,

Şayisteyi-heyrətdir.

Məcmueyi-xilqətdə,

Aya, bu nə hikmətdir?

3

Məzlumu əsir etmək —

Zalimlərin amalı.

Züllamı düşündürməz

Məzlumlərin halı,

Min cövr ilə bir məzlum

Məhkumi-əsarətdir,

Məcmueyi-xilqətdə,

Aya, bu nə hikmətdir?

4

Bu fəsl müsəlləmdir

Qanuni-təbiətdə.

Rahət yaşayır zəngin

Məmureyi-izzətdə.

Viranədə bir miskin

Möhtaci-şəfəqqətdir.

Məcmueyi-xilqətdə,

Aya, bu nə hikmətdir?

5

Əyyami-bahar olcaq

Gülşəndə açar güllər.

Güllər gülərək, ağlar

Min şurilə bülbüllər.

Bülbül qəmə aludə,

Gül valehi-işrətdir.

Məcmueyi-xilqətdə,

Aya, bu nə hikmətdir?

6

Məşuqədə yüz qəmzə,

Üşşaqidə min nalə.

Biganə qalır aşiq

Gülçöhreyi-amalə.

Zindani-məhəbbətdə

Pabəsteyi-möhnətdir,

Məcmueyi-xilqətdə

Aya, bu nə hikmətdir?

7

İllərcə bulur payan

Cəhhali-fəna-fitrət.

Mədfuni-məzaristan

Bir gənci-düha fikrət.

Gül cismi məzar içrə

Həmxabeyi-həsrətdir.

Məcmueyi-xilqətdə,

Aya, bu nə hikmətdir?

8

Hər vəqəsi bu dəhrin

Bir pərdeyi-hüznavər.

Diqqətlə bax, al ibrət,

Ey qarei-xoşmənzər.

Hər sətri bu əşarın

Bir qanlı həqiqətdir,

Hər pərdəsi bir dürlü

Ayineyi-ibrətdir...

 

Mənafzadə Sabit. Bakı, 13 iyun 1914

“İqbal”, 13 iyun 1914

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info