Qonaq Kitabı
Eydi-novruz-xitabeyi-cansuz

Ey zinəti-arayişi-ədvari-təbiət,

Vey kaşifi-qüdrət.

Oldun yenə min hüsnü cəmal ilə nümudar,

Pək calibi-ənzar.

Sənsən bütün afaqə verən ruhü təravət,

Həp mayeyi-nəzhət.

Ənfasi-lətifinlə cahan oldu çəmənzar,

Ey fəsli-şəndar.

Şövqünlə olur dəhridə hər aşiqi-məhcur

Min qəlb ilə məsrur.

Bülbül sən ilə öz gülünün vəslinə nail,

Aləm sənə mail.

Heyfa, bu əvaxirdəki bir vəlvəleyi-şur.

Qılmış səni rəncur.

Etmiş bütün afaqə verən eyşini batil,

Insanları bidil.

Bax, bir necə gör aləm olub ərseyi-matəm,

Möhnətgədeyi-qəm.

İnsanlar olub qərq bütün bəhri-məlalə,

Bir qüssəli halə.

Tutmuş yer üzün bir zülməti-əzəm,

Bir leylayi-müzləm.

Qalib gələrək əşüə xürşidü hilalə,

Sövq etdi zəvalə.

İslamə səmadən yağıyor qüssəvü alam?

Möhnətli bir aləm.

Gündən-günə məhv olmağa həp eyləyir iqdam

Milliyyəti-islam.

Ümmətdə isə zərrəcə yox izzətü namus,

Əfsus, səd əfsus.

 

M. Ə. Mənafzadə. Bakı. 5 mart

“Sədayi-həqq” 7 mart 1913

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info