Qonaq Kitabı
Bu da bir tənəzzül

Daima bazari-cəhl içrə dənaət pişəmiz,

Şüğlümüz cövrü inayətdir, fəsad əndişəmiz.

Biz müsəlmanız, gərək məsrur edək ədamızı,

Rişeyi-islamə lazımdır vurulsun tişəmiz.

Canəvərlər tək qırıb yekdigəri pamal edək,

Ta kəsilsin büsbütün yer üzündən rişəmiz.

Köhnə vəhşilər gəlib insan olurkən, bizlərin

Günbəgün dolmaqdadır və şilərilə bişəmiz.

Bizlərə səhbari-elmü mərifət cayiz deyil,

Səy edək ta içməyə qan ilə dolsun şişəmiz.

Sabita, kəl dəstbərdar ol, çəkil bu pişədən,

Sıxma vicdanın, götür əl bu məhal əndişədən.

 

Mənafzadə Sabit

“İqbal”, â„– 535, 22 dekabr 1913

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info