Qonaq Kitabı
Aşqabad şəhəri

İslam ölkəsində gördüyüm bu hal,

Kilki-xəyalə yazdıracaq bir uzun məqal.

Cahan əlində cəhlin o qüvvətli tişəsi,

Daim edər məişəti-islami payimal,

Zahid deyir ki, cifeyi-dünyadan əl çəkin,

Lazım deyil cahanda müsəlmanə mülki mal.

İslam içində bunca bu zülmətli adisat

Şəmsi-ümidə göstəriyor mövqei-zəval.

Millət yatınca bizlərə təsir -eyləməz

Milliyyət üzrə haris olan bunca qiylü qal.

Məktəb nədir zəmanədə əbnayi-millətə,

Bica deyilmi zadeyi-islam üçün kəmal?

Nəşri-ülumə şeir edərək Sabit ol, çalış,

Bəsdir cəhalət içrə bu xiclət, bu infəal.

 

Mənafzadə Sabit

14 oktyabr Aşqabad

“Sədayi- həqq” â„– 242, 21 oktyabr 1913

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info