Qonaq Kitabı
Qəmli xatirat

(Keçən nömrədə yazdığım

“İşarə”ni təqib edirəm)

Bunca cəhani qərq edən bəhri-qəmü məlalətə

Zülmü sitəmlə baş verən bir həyəcanlı hal imiş.

Bunca bəşərləri çəkən badiyeyi-əsarətə

Məğzlər içrə yer tutan nəşəli bir xəyal imiş.

 

Pəneyi-zülm qaplamış cümlə cəhani sərbəsər,

Günbəgün olmaq istəyir atəşi-cövr şöləvər.

Əsirdə bunca mədəniyyət, bu hamı ədli-bisəmər

Zidd olaraq həqiqətə, büsbütün ehtimal imiş.

 

Urdu mədəniyyət aləmi təbli-cəfani dəmbədəm,

Pənceyi-zülm qövzadı göylərə beyrəqi-ədəm.

Ta ki, yazıldı qanilə səfheyi-əsrə bu rəqəm.

Iştə binayi-mədələt zülmlə payimal imiş.

 

Yetdi məratibi-bəşər yırtıcı qurd məqaminə,

Yırtdı, dağıtdı bir-birin nasionalizm naminə.

Ümdə səbəb bu qurtların yırtıcı ehtimaminə,

Şöbədeyi-“səlib”, həm mərəkeyi-“hilal” imiş.

 

Dad, bu qanlı vəqələr günbəgün imtidad edər,

Şərqdə imtidadi-cövr, aləmi-Qərbi şad edər.

Hər qan içən bu məsləki şənü şərəflə yad edər.

Bəs görünür ki, mədələt aləmara məhal imiş.

 

Dəhrdə varsa ədl əgər, bu sitəmü cəfa nədir?

Bunca bu qanlı vəqələr, bu hamü macəra nədir?

Şərqi əsir etməyə Qərbdə müddəa nədir?

Bəs bu yalançı mədələt pək quru bir xəyal imiş.

 

M. Ə. Mənafzadə

“Sədayi- həqq” 13 yanvar 1913

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info