Qonaq Kitabı
Əhvali-islam

Tutmuş yenə aləmləri qovqası islamiyyətin,

Ərşə çıxıb fəryadü vaveylası islamiyyətin.

 

Movcə gəlib dəryayi-cövr, afaqi tutmuş qiylu qal,

Tufani-zülmilə tapıb rükni-ədalət ixtilal,

Tarixi-mədəniyyət bu gün səbt eyləyir bir özgə hal.

Ey dil, götür baş, gör necə olmuş sərasər payimal

Viranələrtək zülmilə məvasi islamiyyətin,

Ərşə çıxıb fəryadü vaveylası islamiyyətin.

 

Bax, milləti-islam olub aləmdə nə novilə xar,

Səyyadi-qəflət eyləyib sərpənceyi-cəhlə şikar.

Yoxdur bizim tək bir nəfər dünyadə binamusü ar.

Bu novilə qalsaq əkər bir az zamanda məhv olar

Dünya üzərindən kəlmeyi-islami islamiyyətin,

Ərşə çıxıb fəryadü vaveylası islamiyyətin.

 

Qeydi-cəhalət ümməti çəkmiş diyari-qəflətə,

Qəflət içində hər biri məşğuldur bir adətə.

Bəzini dərdü möhnətə, bəzini eyşü işrətə

Səd məhrəba bu ümmətə, bu ümmətə, bu qeyrətə!

Yaddan çıxıbdır büsbütün mənası islamiyyətin

Ərşə çıxıb fəryadü vaveylası islamiyyətin.

 

Qoymaz cəhalət firqeyi-islamı etsin ittifaq,

Bielmilik tolid edər ümmətdə imrazi-nifaq,

Gör başqa millətlər necə elmə edərlər iştiyaq.

Olmuş müsəlman aləmi zülmətgəhi-cəhli şəqaq,

Xamuş olub nuri-cahanarası islamiyyətin,

Ərşə çıxıb fəryadü vaveylası islamiyyətin.

 

Gülşən dağıldı, gül solub, viranə qaldı aşiyan,

İslam məhv oldu, gözüm, tök yaş gözündən, ağla qan,

Bu ağlamaqdan ötür lazım dəyildir rövzəxan.

Fikr eylə, bir bax, gör necə olmuş əsirü natəvan

Düşmən əlində şahidi- zibası islamiyyətin,

Ərşə çıxıb fəryadü vaveylası islamiyyətin.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info