Qonaq Kitabı
Fəryad

Çalındı təbli-cəfa ləşkəri-mürüvvətə qarşu,

Ucaldı beyrəqi-zülmü sitəm ədalətə qarşu.

Yığıldı yırtıcı qurdlar sipahi mövqei-rəzmə,

Atıldı tiri-mühən qəleyi “səadətə” qarşu.

Cəhani tutdu bütün inqilabü şurişü şivən,

Nümunə göstəriyor şurişi-qiyamətə qarşu.

Səmayə ovc edərək qalxdı ahi-məzluman,

Ucaldı sədd çəkib mövqeyi-icabətə qarşu.

Xəzani-zülm ilə yeksər dağıldı külşəni-amal,

Göyərdi xari-ədavət güli-məhəbbətə qarşu.

Sitəmlə külşəni-islamə əsdi sərsəri-nikbət,

Vuruldu tişeyi-qəm rişeyi-şərafətə qarşu.

Aman, xuda! Bu nə zillət, bu nə rəzalətü nikbət,

Bu nə hidusu fəlakət məqami-izzətə qarşu.

Cəhani zülmətü cövr etdi müsəxxər! İlahi,

Şüai-ədli müzəffər buyur bu zülmətə qarşu.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info