Qonaq Kitabı
İnqirazi-islam

Yenə könlüm quşu qəm şaxəsərin aşiyan etmiş,

Səməndi-xatiratim yazmağa ütfu-ünan etmiş.

 

Pozulmuş halətim, qəlbim şərari-ahidən yanmış,

Cigər bir parça qan olmuş, könül məvası odlanmış.

Vücudum büsbütün dərdü qəmi alamə doğranmış,

Ürək ləbrizi-möhnət, həm nəfəs sinəmdə bağlanmış.

Bəqayi-ruhidən öz yasını cismim bəyan etmiş.

 

Əcəb ovzai-müdhiş çulğamış dünyanı sərtapa,

Bütün afaqı salmış lərzəyə bu şurişü qovğa,

Ki, “mədəniyyətlə pək bica yerə məruf olan dünya”

Fişari-zülmlə etmiş hududi-ədli istila,

Cahan zülmilə dolmuş, mədələt təslimi-can etmiş.

 

Könül, aç gözlərin, bəsdir dəxi, bir ləhzə bidar ol,

Bu günkü hal üçün bir fikr edib, ibrətlə huşyar ol”

Burax bu qəfləti, tərki-inad et, daxili kar ol!

Baxıb, islamı gör qəm bəstərində didəxunbar ol”

Ki, imrazi-cəhalət cismi-pakin natəvan etmiş.

 

Necə gör xaneyi-islam olmuş cəhlidən viran,

Ki, qan dəryasına dönmüş Mərakeş, türkilə İranu

Uyubdur qəflətə Misrü əzair, hindü Türküstan.

Bu qəflət, bu fəlakət həzrəti-peyğəmbəri hər an

Cigərdən dağlayıb, qəlbi-şərifin ləxtə qan etmiş.

 

Hamu millətlər etdi kəsbi-elmü mərifət, səd ah!

Cəhalət içrə biz qıldıq fünuni-elmdən ikrah ,

Bu qəflət ümməti etmiş təriqi-həqqidən kümrah,

Amandır, qəbr evindən bir götür baş, ya Rəsuləllah,

Ki, qəflət tündi-bari gülşəni-dini xəzan etmiş.

 

M. Ə. Mənafzadə

“Sədayi-həqq” â„–135, 29 avqust 1912

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info