Qonaq Kitabı
Nidayi-təəssür-təraneyi-hal

Ey könül, bir baş götür, bu günkü halə bax!

Ağla qan, bu cəhl odilə odlanan əhvalə bax!

 

Gör nə növi atəşi-bidad olmuş şölələr,

Düdeyi-cövri sitəm afaqi tutmuş sərbəsər.

Ünsüri-islam olub yeksər pərişan, dərbədər,

Bu həvadisdən bizi qoymuş cəhalət bixəbər,

Öz işindən bixəbər, bifikr olan cəhhalə bax.

 

Bəs ki, yardıq, etmədik aləmdə təhsili-kəmal,

Cəhldən tapdı bütün ərkani-ümmət ixtilal.

Getdi namusu şərəf, milliyyət oldu payimal,

Gör nə növi aləmi-islami tutmuş qiylü qal

Sən də göz aç, yaxşı bir fikr et, bu qiylü qalə bax.

 

Bir təsəvvür qil, nə qədri gör fəndir halımız,

Elmsizlikdən pozulmuş rişteyi-iqbalımız.

Kor-koranə hamı əqvalımız, əfalımız,

Məhv olur məqsudumuz, əfkarımız, amalımız,

Böylə qəflətlə ürəkdə bəslənən amalə bax!

 

Nuri-elmi söndürüb cəhlə qıldıq iqtida,

Qalmışıq ovzai-əsrə cümləmiz bietina...

Vəqti-hazirdə fəraqətlə edib ömrü fəna,

Hali-hazırda belə imrazi-cəhlə mübtəla.

Yox təvəkküldən səva bir fikri-stiqlalə bax!

 

Qərni bistimdir, oyan, keçdi dəxi həngami-xab,

Olmuş afaqə təcəllayi-tərəqqi ləmətab,

Başqa millətlər fünunu elm üçün eylər şitab,

Olmuşuq biz ruzü şəb sərgərmi-səhbavü şərab.

Bəhsimiz olmuş ruxi-dilbərdə xəttü xalə bax.

 

Mənafzadə M.Ə.Sabit

“Həqiqəti-əfkar” â„– 3, 19 noyabr 1911

“Sədayi-həqq” â„– 210, 13 noyabr 1913

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info