Qonaq Kitabı
Göz aç!

Göz aç, ey dil ki, dünya özgə vəzə bərqərar olmuş,

Cəhani-adamiyyət elmilə sahib mədar olmuş.

 

Münəvvər eyləmiş şəmsi-hünər afaqi sərtapa

Yağır baruni-qəm əbri-sitəmdən bir bizə tənha.

Münadi qeybdən eylər nida, ey milləti-əma,

Oyan, bu qədri-qəflət bəstərindən, yatma bipərva,

Ki, insanlar bütün elmilə sahib iftixar olmuş.

 

Fişari-cəhl içində qüvvəyi-ümmidimiz bitab,

Bədənlərdən çıxıb ruh, təəssüb sust olub esab.

Çoxu sərçeymeyi-qəflətdən etmişdir özün sirab,

Çoxu cəhl içrə biməslək qalıb, şərməndeyi-əhbab,

Çoxu əhbabdan üz döndərib, əğyarə yar olmuş.

 

Cəhalət içrə olduq rəhsipayi-vadiyi nikbət.

Dağıldı elmsizlikdən bütün şirazeyi-ümmət,

Faramuş oldu qeyrət, çıxdı yaddan hissi-milliyyət,

Kimi aludeyi-qəflət, kimi dildadeyi-şəhvət,

Kimi məsti-meyü işrət, kimi məhvi nigar olmuş.

 

Vətən gülzarı olmuş tündi-badi-cəhldən viran,

Təvəffüqgahi-zülmət, ya ki, bir dəhşətli qəbristan,

Əhali dərbədər, işlər pərişan, xəlq bisaman,

Xəzan fəslindəki bülbül kimi avarə, sərgərdan,

Gülün hicrində bülbül mübtəlayi-cövri-xar olmuş.

 

Əzizm, baş götür, bəsdir dəxi, təcdidi əfkar et!

Gəl bu elmilə xəlqi vəzi-hazirdən xəbərdar et,

Cəhalət xabigahində yatan əşxası bidar et,

Uca sovtilə səslən, hər zaman bu beyti təkrar et,

Ki, insanlar bütün elmilə sahib iftixar olmuş.

 

M.Ə.Mənafzadə

“Həqiqəti-əfkar” â„– 6, 25 noyabr 1911

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info