Qonaq Kitabı
Füzuli xatirəsinə

(beşləmə)

                            Ədəbi fəaliyyətinin 400 illiyi üçün

 

Şeyx şərh eylərsə də cənnətdə qılman olduğun,

Məncə bilmişdir bunun yersiz bir ünvan olduğun.

Qorxusundan etiraf etməz peşiman olduğun,

“Nola zahid bilsə küfri-zülfün iman olduğun,

Şimdi görmüşlərmidir kafər müsəlman olduğun?”

 

Binəva qafil uyub ovhamə, düşmüş qəflətə,

Sərf edir ömrün riyakaranə bir vəziyyətə,

Məndən öyrənsin təriqi-küfri, çatsın rahatə,

“Mən əgər kafər olub, din verməyəydim qarətə,

Kim bilirdi eşq mülkün kafəristan olduğun?”

 

Laübalı bir şeyəm, Azadə, Şeyda, Sərsəri,

Eşq dəstanilə rüsva, ürfü adətdən bəri.

Rüh sərməsti-cünundur, həp könül qan saçəri,

“Qıl səvab, ey göz, töküb qan, vaqif et alimləri,

Meyl edənlər eşqə bilsinlər cigər qan olduğun”.

 

Bir cocuqtək əylənir, zövq eylərəm məsrur, şən,

Dilbəri-amalımın baziçeyi-eşqilə bən.

Gah qalır eşqində Sabit, gah olur peymanşikən.

“Eşqini asan bilib, oldum əsiri tifl ikən,

Bilmədim getdikcə bir aşubi-dövran olduğun”.

 

Əğli dinlərsəm, deyir: Sevdayə pabənd olma bəs,

Çünki, canan vəslinə hər aşiq olmaz dəstrəs,

Şahrani-eşqin hər səmtində var min xarü xəs

“Ey Füzuli, xüblər vəslinə eylərsən həvəs,

Guya bilməzmisən vəsl içrə hicran olduğun”.

 

Dastançı

“Molla Nəsrəddin” â„– 21, 22 may 1925

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info