Qonaq Kitabı
Çarşaflı-çarşaflı

Qadınlar şöbəsində rəhbərəm, çarşaflı-çarşaflı,

Bütün nisvani azad istərəm, çarşaflı-çarşaflı.

 

Məni sətr eyləyən çarşaflar əsbabi-vüqarımdır,

Əvamülnas içində hörmətimdir, etibarımdır.

Anamdan qalma irsim, həp müqəddəs yadigarımdır,

Işıq ömrə qaranlıqlar saçan müzlim məzarımdır,

Həyati seyr edən bir məqbərəm, çarşaflı-çarşaflı,

Bütün nisvani azad istərəm, çarşaflı-çarşaflı.

 

Həya-hörmət yolun anlarımı heç azadə bir düxtər?

Qadınlıq ismət istər, abi-ru istər, həya istər,

Vəli çarşafsız ismət, abi-ru mümkünmüdür, göstər,

Açıq türk arvadı, yəni: adam şəklində bir əntər.

Fəqət mən məhliqa bir dilbərəm, çarşaflı-çarşaflı,

Bütün nisvani azad istərəm, çarşaflı-çarşaflı.

 

Əgərçi günbəgün qanuni-hürriyyət olub məcra,

Kulublarda açıq iclas edir nisvan bəzmara.

Fəqət mən əskidən bir başqa ruhə olmuşam dara,

Açıqlıq məsləkin tərvic etmərəm, zira,

Müdiri-xasi-Molla Qənbərəm, çarşaflı-çarşaflı,

Bütün nisvani azad istərəm, çarşaflı-çarşaflı.

 

O gün şeyxin gözəl vəzindən aldım həzzi-ruhani,

Buyurdu: tanrımız əvvəlcə xəlq etdikdə insanı

Şü erkəklərə naməhrəm yaratmış cinsi nisvanı,

Xüsusən, bir də məhkumi-hicab etmiş müsəlmanı.

O gündən xakbusi-mənbərəm, çarşaflı-çarşaflı,

Özüm də məhliqa bir dilbərəm, çarşaflı-çarşaflı.

 

Dastançı

“Molla Nəsrəddin” â„– 19, 9 may 1925

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info