Qonaq Kitabı
Hərdəmxəyala töhfə

Bilmədim, doğrusu, “xilqət”də bu məna nə imiş?

Yaşamaqçın yaşayanlarda bu təmanna nə imiş?

 

Yaşamaq fikrini təqibə qoşan cinsi-bəşər.

Bir dəyərsiz iş üçün min cürə xülyaya düşər.

Hələ şəxsiyyətə aidsə bu əhval, ötüşər,

Gah olur büsbütün insanlığa bir aləti-şər!

Bu şərafət, bu rəzalət, bu təqəlla nə imiş?

Xilqətin bunlara lütf etdiyi məna nə imiş?

 

“Əsəbiyyət”lə doğan hiss ürəklərdə daşır,

“Millət”ə, “din”ə pərəstiş gücü həddindən aşır.

Bu uğurlarda bəşər kütləsi hala dalaşır,

Böylə bir halı görüb fikri qaçır, əqli çaşır,

Məzhəb üstündə qopan bir belə qovğa nə imiş?

Xilqətin bu işə göstərdiyi məna nə imiş?

 

“Azğın insanlığı” əsr eyləməmiş ram hənuz,

Qapamış gözlərini pərdeyi-ovham hənuz.

Biri kafir, biri müşrük, biri islam hənuz.

Keçiyor böylə şəraitlə bu əyyam hənuz.

Bəs “tərəqqi” deyə başlardakı xülya nə imiş?

Bu səfahət, bu təəssübdəki məna nə imiş?

 

Başımız boş-quru sövdalara uymuş, dalmış,

“Başqalıq” hissi ürəklərdə bütün kök salmış.

Din adilə hərə bir rəngə boyanmış, qalmış,

Bu boyanmağla bəşər qanlı mükafat almış.

Bu mükafata səbəb boş-quru sevda nə imiş?

Bu səfahət, bu təəssübdəki məna nə imiş?

 

Dastançı

“Molla Nəsrəddin” â„– 27, 13 dekabr 1924

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info