Qonaq Kitabı
Yaxın Şərq qadınlığına!

Yoldaş Naciyə xanım üçün.

 

Artıq o şanlı şəşənizdən bütün-bütün,

Zülmətlər içrə sizləri məhbus edən hicab,

         Məhv oldu günbəgün,

         Başlandı inqilab.

Ey inqilabı bulmağa sərbəst olan mələk,

         Bir az da uç görək!

Uç-uç və bil ki, uçmadadır yüksəliş, kəmal,

“Yüksəlmək”, işə bax, sana bir ruhi-mötəna.

         Artıq o əski hal

         Layiq deyil sana.

Keçmiş həyata qarşı şü dəhşətli nifrətin

         Pək yerli, pək mətin!

Zatən bütün əsarət, övhamə, sərbəsər,

Mənalı gözlərindən dalğın baxışların

         Hətmən, bu gün, yarın

         Elani-hərb edər.

Son başlayar gözəlçə və azadə bir həyat,

         Ey şəmsi taliat!

Axır bizim üfüqdə də çıxdın və parladın

Bu parlayış tüluünə şahid deyilmi ya?..

         Ey möhtərəm qadın!

         Ey möhtəşəm ziya!

Yüksəl səmayi-Şərqdə, hüsnünlə parla, qal,

         Ey şeiri-ziməam!

 

Mənafzadə Sabit

“Füqəra füyuzatı” â„– 2, 1 noyabr 1920, səh.14-15

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info