Qonaq Kitabı
Şeir

Səd şükür, ilahi, ssənə ki, can yaradıbsan!

Dünyanı bəzəndirməyə insan yaradıbsan!

Insanları da müxtəlif, əlvan yaradıbsan!

Hər milləti bir dil ilə giryan yaradıbsan,

Minlərcə “nəbi”, onca da ədyan yaradıbsan,

Əyanı  da yekdigərə düşman yaradıbsan,

Hər nüktəni müşkül deyil, asan yaradıbsan.

 

Bəzisini məcus eyləmisən, bəzini budi,

Bəzini yapon, babı, multan və yəhudi,

Islam, nəsara, pataqoniya və hünudi

Iştə boyadın ağ, qara, zərd, kəbudi,

Bu kəsrəti-əşkalın, ilahi, nədi sudi?!

Kim bunları bir bunca firavan yaradıbsan!

Hər nüktəni müşkül deyil, asan yaradıbsan.

 

Fironu yaratdın, belə Musanı nedirdin?

Musanı yaratdın, bə Məsihanı nedirdin?

Bunları yaratdın da, müsəlmanı nedirdin?

Bu taifeyi-bisərü səmanı nedirdin?

Qəlbində yanan atəşi-pünhanı nedirdin?

Min şükür sənə, qəlb deyil, qan yaradıbsan!

Hər nüktəni müşkül deyil, asan yaradıbsan.

 

 

Bu qarə yeri həm yaradıbsan elə şirin,

Kim tapdanır ondan yana məzhəblər ilə din.

Pamal edilir irz, həq və rəsmilə ayin.

Ədlin yerinə qaim olur zülmi-şəyatin.

Qəlb içrə axır pak məhəbbət qanı, nə kin!

Küllən bəşəri hirsinə qurban yaradıbsan,

Hər nüktəni müşkül deyil, asan yaradıbsan.

 

Bir cümlə əhalisini purzuru təmahkar,

Üzlü yaradıbsan, həmi yekrəy, həməfkar.

Sakinlərinin bir tərəfi vəhşiyü murdar,

Islamı xüsusən bədəvi, tənbəlü biar,

Bərbər işə gəlməz, sözə baxmaz, hamı bədkar.

Ancaq iki-üç milləti insan yaradıbsan!

Dünyanı müsəlmanlara zindan yaradıbsan!

Üqbadə vəli cənnətü rizvan yaradıbsan!

Küstahlığımı əfv elə, pünhan yaradıbsan!

Hər nüktəni müşkül deyil, asan yaradıbsan!

 

“Həmişəki”

“Məzəli” â„– 8, 21 fevral 1915

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info