Qonaq Kitabı
Arkadaşlar

Arkadaşlar, səyi-hümmət, sərfi-əfkar etməli,

Milləti ovzai-aləmdən xəbərdar etməli.

Əsrlərcə qəflət içrə yuxlayan qafilləri

Xabigahi-cəhldən elm ilə bidar etməli.

Sübh açıldı, gün çıxıb, afaqi doldurmuş ziya,

Bu ziyayi-şəmsdən təhsili-ənvar etməli,

Tabişi nurilə ömr etməkdədir hər zihayət

Bəs bu nuri artırıb, tərki-şəbi-tar etməli.

Ruzü şəb zəhmət çəkib, hər istirahətdən keçib

Ta Vətən övladını elmə həvəskar etməli.

Cəhl odiylə odlanıb, viran olub xaki-Vətən.

Qüvveyi-ürfan ilə bu mülki emar etməli.

Hümmət ilə xaneyi-cəhli binasından qazıb,

Payeyi-elmi Vətən mülkündə padar etməli.

Zülməti-zindani-qəflətdən xilas olmaq gərək,

Bu xilas olmaqlığa can nəqdin insar etməli.

Bunca zillət aləmi-islam üçün bəsdir, dəxi

Qonşulardan şərm edib, biganədən ar etməli.

Milləti təzvir oxiylə oxlayan zahidlərin

Xəlq içində eybini kəşf eyləyib, xar etməli.

Mollanın baş tovlayan dami-piyasından qaçıb,

Payeyi-mövhum olan əqvalin... əfkar etməli.

Dami-qəflətdən xilas olmaqdan ötrü əlqərəz,

Daima lazım gəlir bu beyti təkrar etməli:

Arkadaşlar, səyi-hümmət, sərfi-əfkar etməli,

Milləti ovzai-aləmdən xəbərdar etməli.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info