Qonaq Kitabı
Ərzi-məhəbbət

                                               “İmad” Əfəndiyə ithaf

Nə növ ilə ki, bülbül güldən izhari-cəmal istər,

Mənim də xatirim, ey gül, səni bülbül misal istər.

Sühabi-zülmü rədd et, parla güntək, çıx, nümudar ol!

Şü zülmətdə əsiri-zülm olan könlüm vüsal istər.

Usandım büsbütün biganələrdən, ey gözəl yarım,

Lisani-fikrətim ancaq səninlə həsbü hal istər.

Işıq şəkli cövrən, əyri qaşların afaqi-hüsnündə

Biri xurşidi xoşlar, digəri şəkli-hilal istər.

Dəhanın qonçası xəndan olarkən güldürər ruhi,

Pərişan zülfün ancaq aşiqi aşüftəhal istər.

Xəti-hüsnün yazarkən xanə, yalnız bircə səhv etmiş –

Bunu təshih üçün ziri – “ləb”in bir nüqtə xal istər.

Rəqibi-səngdil üşşaq üçün vəslin rəva görməz,

Həmişə fitneyi-xunriz başlar, qilyü qal istər,

Məhəbbət xaməsin təhriri vəsfi-yardan saxlar,

Lisani-eşqimi hər bir zaman mədhində lal istər.

Cəmali dilbəri-hürriyyəti tərif üçün Sabit

Sənin təbin kimi bir tutiyi-şirinmənqal istər.

 

Mənafzadə Sabit

“Bəsirət” â„– 17, 16 avqust 1914

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info