Qonaq Kitabı
Böyük ustadıma kiçik bir töhfə

Ənvari-hüsnün onda ki, ərzi-süfat edər,

Rüxsareyi-süfatilə isbati-zat edər.

         Şətrənçi-eşqi qaşü gözün oynadan zaman,

         Ustadi-əğli şeşdəri heyrətdə mat edər.

 

Şövqi-vüsalə bal açaraq mürği-fikrətim,

Hamı fəzayi-eşqdə seyri-cəhat edər.

         Möhtaci-vəslinəm, mənə lütf et ki, rəsmdir,

         Miskinə mal sahibi bəzli-zəkat edər.

Sənsən Məsihə möcüzeyi-ruhu bəxş edən,

Sənsiz Məsih kəndisin trki-həyat edər.

         Hər kim ki, olsa aşiqi-ürfani məktəbin

         Eşq aləmində dərki-rümuzu nükat edər.

 

Ruhu tənimlə məsləki-ürfanə tabeəm,

Öz məsləkində “Sabit” olan kəs sübat edər.

 

Mənafzadə Sabit

“İqbal” 6 iyun 1914

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info