Qonaq Kitabı
Təxmis

Bir gün insani-kamil eşqilə kəsbü kəmal etməz,

Rüxi-cahanda hərdəm qönçə ləblə həsbi-hal etməz.

Nigarin vəzinə hər ruzü şəb bəsti-məqal etməz.

“Xəyalilə təsəllidir könül, meyli-vüsal etməz,

Könüldən dişrə bir yar olduğun aşıq xəyal etməz”

 

Qırıb zənciri-zülfi, zümreyi-ehrarə ol mülhəqq,

Burax vəsli-nigari, qıl təmənnayi-vüsali-həqq.

Vüsali-həqq üçün ol sən mühiti-eşqə müstəqrəq.

“Həqiqi-eşq üçün müstovcibi-nöqsan deyil mütləq

Özün əhli-həqiqət valehi-hüsnü cəmal etməz”.

 

Bu qədri vurma dəm könlündəki bica məhəbbətdən,

Şərabi-nabdan, bəzmü vəfadan, eyşü işrətdən.

Rüxi-cənanidən, zövqü səfadan, şövqü vüslətdən,

“Ki meyli eşqə talib, möhtəvizdir hüsnü-surətdən

Ki, qeydi-hüsnü-surət aşiqi sahib kəmal etməz”.

 

Nədir bu qəlbi-dildən dərdi-eşqi-yarilə dolmaq,

Nigarin tabişi-mehri-rüxindən gül kimi solmaq.

Gülüstani-həyati pənceyi-övhamilə yolmaq.

“Dəlili-cəhlidən eşq əhlinə surətpərəst olmaq.

Ki, aqil iftiraqi-mümkün ilə intisal etməz”.

 

Amandır, bu qədər tərif qılma ruyi-cananı,

Gələr bir gün, solar rəngi, gedər hüsni, olar fani,

Yapış bir eşqə kim, hər anda insan eylər insani.

“Könüldə dusti təmkin bulsa, ölməz gözdə cevlani,

Məhəbbət sabit olsa, öz yerindən intiqal etməz”.

 

Nedim!.. zülm atəşindən millətimtək yandı əhvalım,

Vətən viran olunca günbəgün məhv oldu iqbalım.

Tükəndi eyşü nuşim, həp dəyişdi büsbütün halım.

“Səvadi-masəvadən lövhi-dil xali kərəm daim

Müəhhid səfheyi-idrakə nəqşi-xəttü xal etməz”.

 

Könül, “Sabit” qal öz əhdində, olma qiylü qal əhli,

Bu günkü vəzi bir fikr et, düşün, qan, ol xəyal əhli.

Yaraşmaz xəttü xalü zülfə bənd olsun kəmal əhli,

“Müqəyyəd olmaz əhli-surətin rənginə hal-əhli

“Füzuli” kim müqəyyəddir məgər idrak hal əhli”.

 

Mənafzadə Sabit

“İqbal” â„– 500, 8 noyabr 1913

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info