Qonaq Kitabı
Tülui-sübh

Vəqta ki, tülui-sübhi-gahan

Nurilə fəzadə açdı meydan.

Min təntənə ilə şəmsi-ürfan

Məğrib tərəfindən oldu taban.

Zülmət qoşununda qalmayıb can,

Həp cümləsi oldular gurizan,

Ənvari-günəşlə doldu hər yan,

Qalxız başın, uyqudan kənar ol!

 

Bax gör necə hökmrani-nəzhət

Afaqə bağışlamış təravət.

Məşşateyi-arizi-təbiət

Vermiş çəmənə bir özgə zinət.

Cəh-cəh urur əndəlibi hikmət,

Key naimi-bəstəri, cəhalət,

Bəsdir daxi bunca xabi-qəflət,

Aç çeşmi bəsirət, huşyar ol!

 

Bu səslə oyandı cümlə aləm,

Baş qovzadı xabi-cəhldən həm,

Gördü ki, keçibdi leyli-müzləm,

Afaqi tutub şüai-əzəm.

Təksiri-ziya edir dəmadəm

Sən də gözünü aç, ol müsəmməm,

Et nəçeyi-xabi-cəhli bərhəm

Ənvari-günəşlə nəşədar ol!

Qəflət yuxusundan et təbərra,

Diqqətlə açıb da çeşmi-bina

Qıl vəzi-cəhanə bir təmaşa.

Bax, gör nədi bunca surü qovğa

Dünya üzünü tutub sərapa.

Gəlmiş həyəcanə kuhü səhra

Bu vəzi-qəribi sanma bica,

Fikr eylə bu yolda əhli-kar ol!

Elmü-hünər ilə cinsi-insan

Olmuş hamı kainatə sultan.

Icadi-sənaye ilə hər an

Ecazi-təmam edir nümayan.

Bu sənətü elmi-kovni-imkan

Gördükcə qalırlar cümlə heyran.

Get, kəsb elə sən də elmü ürfan,

Onlar kimi sahib iqtidar ol!

Ərradeyi-hümmətə süvar ol!

Sərmənzili əqlə rəhsüpar ol!

Hər bir əməlində huşiyar ol!

Öz həqqüvə sahib ixtiyar ol!

Ovrəngi-şərəfdə bərqərar ol!

Ta sahibi-izzü iftixar ol!

Insanlar içində bəxtiyar ol!

 

M.Ə.Mənafzadə - Bakı, 23 aprel

“Sədayi-həqq” 25 aprel 1913

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info