Qonaq Kitabı
Təhsili-məram etməliyiz

(Çalışqan bir məktəblinin arkadaşlarına xitabı)

Arkadaşlar, hamımız şövqilə daim çalışıb,

Məktəbü dərsə mətanətlə davam etməliyiz.

Ruzü şəb səy edərək, kəsbi-ülumə alışıb,

Ta ki, bu növilə təhsili-məram etməliyiz.

 

Günbəgün bizlərə lazimdi edək kəsbi-kəmal,

Baği-müknətdə nümüvv etməliyiz qönçə misal.

Elmdən başqa bizimçün yaramaz fikrü xəyal.

Bunla kəsbü şərəfü şöhrətü tam etməliyiz.

 

Məktəbü dərsə mətanətlə dəvam etməliyiz.

Çalışıb göstərəlim mərufətü elmə səbat

Elmsiz səxtidi bundan sora imrari-həyat

Iştə məktəbdi bizə mayeyi-ümmidi-nicat.

Şimdidən qeyrətü hümmətlə qiyam etməliyiz,

Məktəbü dərsə mətanətlə dəvam etməliyiz.

 

Görməyirsizmi necə cəhlilə gülzari-Vətən

Saralıbdır da olub teyr-gəhi zağü-zəğan,

Biz də bir növ yanaq atəşi-cəhl içrə nədən

Çalışıb məktəbə, həm dərsə dəvam etməliyiz,

Ta ki, bu dövreyi təhsili tamam etməliyiz.

 

Gələcəklərdə Vətən elmilə abad olacaq,

Vətən abad olaraq, millətimiz şad olacaq.

Hər o millət ki, qala cəhlidə bərbad olacaq,

Bəs Vətən naminə ağazi-kəlam etməliyiz,

Məktəbü dərsə mətanətlə dəvam etməliyiz.

 

M.Ə.Mənafzadə. Bakı 1 aprel

“Sədayi-həqq”, â„– 75, 4 aprel 1913

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info