Qonaq Kitabı
BULVAR QƏHRƏMANLARI

Cavanlar, ortalar artıq ayıqlanmış, ziyalənmış,

Gözüm görcək işıqlanmış, sınıq könlüm səfalənmiş.

 

Əsayi-zərnigar əldə, başında bir həsir qalpaq,

Kraxmal həlqə boynunda, libası həməsindən ağ,

Bığı, birçəkləri rəngli, uzaqdan parlayır dırnaq,

Kəsafətdən əsər yoxdur, sınıq könlüm səfalənmiş,

Gözüm görcək işıqlanmış, cəhalət intəhalənmiş.

 

Günüz baqqal dükanında satan kartof, soğanın gör,

Gecə get restoranlarda şərabın, istəkanın gör,

Oturmuş sağ cinağında o yari-mehribanın gör...

Çopur qulluğçi Varvara necə gör məhliqalənmiş,

Cavanlar, ortalar artıq ayıqlanmış, ziyalənmiş.

 

Nə yapsın, xəstədir evdə həm arvad, həm də övladı,

Əlacə, doktora pul yox, sızıldar-ağlar arvadı,

Gərək bir yanda şad etsin zəvallı qəlbi-naşadı,

Odur Marquşanı tapmış, gəzib bir az səfalanmış,

Cavanlar, ortalar artıq ayıqlanmış, ziyalənmiş.

 

Kəbabın ertədən satmış, gedib "qulat" eylər,

Qolunda bir çuqun saət, yanında bir gözəl dilbər,

Dedikcə nərmü nazikdir bütün gün pul yumuş əllər,

Kəbabçı dostumuz öpmüş əlindən, o həyalənmiş,

Gözüm görcək işıqlanmış, sınıq könlüm səfalənmiş.

 

Eşitdim sən də, xərrazi, taza meydanə girmişsən,

Tapıb bulvarda bir canan, onunla iş bitirmişsən,

O dermiş "ya tebe lublu", başın sən tərpədirmişsən,

Nə bicsən, bu "məsum" qız səninlə aşinalənmiş,

Gözüm görcək işıqlanmış, sınıq könlüm səfalənmiş.

 

Bu il də keçdi oğlum, cəhənnəm, canı sağ olsun,

Nə çoxdur doktur, indi qoy gedib hər gün qonaq olsun.

Yanında bir ustulda şərab olsun, əraq olsun,

Xanımla qol-boyun görcək, dedim, vallah, zəkalənmiş,

Gözüm görcək işıqlanmış, sınıq könlüm səfalənmiş.

 

Dedikcə dərsə mayıldır, vəli, dövranə bin lənət,

Yaratmış mah peykərlər, buraxmış şəhrə bir ziynət.

Məhəmməd ümməti şiə yararmı, etməsin işrət?

Oni istər gözəllər də, nə yapsın, macəralənmiş,

Cavanlar, ortalar artıq ayıqlanmış, ziyalənmiş.

                                                                               1926

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info