Qonaq Kitabı
“ARİF, BANA BAN!”

Arifi bidəmağ edər,

Türklərin istiqaməti.

Rəfaqəti, sədaqəti,

Ədavəti, şücaəti.

Adından əski Təbrizin,

Vurur başa bəxaləti,

Düşəndə yadına onun,

Keçən zaman hekayəti

Ki, tac-təxti yıxdılar,

Yaxır oni ədavəti.

Həmişə nəşəsin pozur,

Bu millətin məharəti.

Həşişlə nəşələnməyir,

Daha mizaci arifin,

Vurur başına, bögrinə,

Nədir əlaci arifin.

Salanda yadə hər zəman,

Bu şair əski Təbrizi,

Gözində yıldırım çaxar,

Bu dağ kibi əsər dizi.

İlan zəhərli olsa da,

Ölər görəndə yıldızi,

O şairin bu haləti,

Dedikcə güldirir bizi.

Balam, ay arif, ağlama,

Sıxıb dərdimiz sizi,

Xilafi-şər' olur isə,

Yadında saxla bu sözi.

Ərəqlə vur şərabini,

Unutma çərk, tiryaki,

Girərmi türk hesabına,

Nə qədr ola sənin təki.

Gəlir səsi qulağıma,

Sən açdığın qurultayın,

İnanmıram ki, xeyr edə,

Sənin o yersiz hay-huyun.

Kəsərmi gün qabağını

Sən, əlli min sənin tayın,

Oxun süpürgədir, balam,

Həsir ipi olub yayın.

Nə "şairi-şəhir"sən

Ki, oldi gülgilər payın,

Otur, dəmaği saz elə,

Odun sönər, soyur çayın.

Tut əldə nazlı hoqqanı,

Sovur dəmaği çağ elə,

Yazıqsan, əhməq işləri,

Xəyaldən iraq elə.

Bu gün şəhri-Şərqdə

Göründi mehri-mərifət,

Uzaq burax cəhaləti,

Get, ondan istifadə et.

Bu fars-türk söhbətin,

Nədir bu gic müvazinət,

Xəyalə uyma, fikrə dal,

Degil bu şivə məsləhət.

Ərəq, həşiş, bəngdən,

Bacarsan, et məfariqət,

Bəxalət alçaq işdir, et

O çirkinə müqavimət.

Ayıl, ucal, cəhanə bax,

Gözün cəhani görməyir,

Görür həsəd qaranlığın,

İşıq səmanı görməyir.

                                                          1926



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info