Qonaq Kitabı
YAZ FƏSLİ

Yaz fəsli gəlir, istiyə tab eyləmək olmaz,

Rahət gecələr şəhrdə xab eyləmək olmaz.

 

Yaylaqlara getsin gərək hər qarnıyoğunlar,

Qalsa, əridər gövdəsini büsbütün onlar,

Hazır oluyor onlar içün yaxşı vaqonlar,

Əhvallarını çünki xərab eyləmək olmaz.

Yaz fəsli gəlir, istiyə tab eyləmək olmaz.

 

Lazımdu kassırlar ola zövq ilə səfadə,

Eyb eyləməz, israf edələr kassadan adə,

Asudə yeyib-içməlidir yaxşı həvadə,

Çünki burada meyli-şərab eyləmək olmaz,

Yaz fəsli gəlir, istiyə tab eyləmək olmaz.

 

Başlandı yenə bir para kassada xəyanət,

Yaylağə gedib istədigilə ola rahət,

Təftiş zəmani qızarıb çəkmə xəcalət,

Eyb etmə ona, çünki əzab eyləmək olmaz,

Yaz fəsli gəlir, istiyə tab eyləmək olmaz.

 

Göndərməlidir arvadını Barjomə nepman,

Yağ-süt yeyərək kökləşə, bəlkə, neçə batman,

Daş-başdadır əncaq özi də, mətləbi bir qan,

Nepmandır, oni alçaq hesab eyləmək olmaz,

Yaz fəsli gəlir, istiyə tab eyləmək olmaz.

 

Çəksək, gələcək bir parası on iki batman,

Naxoşluğa salmış özini indidən oğlan,

Olsa, olacaq nazlu gözəldən ona dərman,

Bu barədə bir kəlmə itab eyləmək olmaz,

Yaz fəsli gəlir, istiyə tab eyləmək olmaz.

                                                                                             1926

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info