Qonaq Kitabı
“BALIQ ALLAH” VƏ ONUN BƏNDƏLƏRİ

Bakıda təzə möcizə olmuş, balıq   başı işıq verirmiş. Müsəlmanlar da qurban vermişlər.

 

 

Çadırşablı qadınlar

Həzrəti-Məcid kəssin sizi, ey qanlı qadınlar,

Çarşablı qadınlar, yüzi kirşanlı qadınlar.

 

Heç gör yaraşırmı oruc ol rəngli düvağə,

Yaxud "bikəallah" yaraşır başda darağə,

Quran da başında, baxıyorsan sola-sağə,

Başqa yer ara, ay başı Quranlı qadınlar,

Çarşablı qadınlar, yüzi kirşanlı qadınlar.

 

Çarşab hara, kirşan hara? a dərbədər olmuş,

Rəngsaz dükanından yüziniz beş-betər olmuş,

Bilməm nə olub ki, başınız dəngəsər olmuş,

Ay pirlərə hər il iki qurbanlı qadınlar,

Çarşablı qadınlar, yüzi kirşanlı qadınlar.

 

"Balniskə"də göz ağrısını etmə bəhanə,

 Hər kəs biliyor dərdini, bicdir bu zəmanə,

"Balniskə" olub şəkldə həmmami-zənanə,

Qulluqçulara rəhm et, a vicdanlı qadınlar,

Çarşablı qadınlar, yüzi kirşanlı qadınlar.

 

Hər cümə yapırsan Bibiheybətdə qurultay,

Divanə olurlar kişilər kənddə, vay-vay.

Heç gör tapılırmı sizə bir ölkədə həmtay?

Bir siz beləsiz, bir də ki İranlı qadınlar,

Çarşablı qadınlar, yüzi kirşanlı qadınlar.

 

Dəstə ilə gedib Baksoyuzi qılma səyahət,

Gəzmək yeridirmi? oraya cayi-ticarət,

Heç ölkədə heç yerdə görünməz belə adət,

Bir anlayınız, a başı yorğanlı qadınlar,

Çarşablı qadınlar, yüzi kirşanlı qadınlar.

 

Çarşab gözini örtdi, görünməz sana dünya,

At çarşabı, qorxma, səni şeytan yeməz əsla,

Sən yaşa insan kibi, rəng-məngiri tulla,

Görsün səni, təhsin eləsin şanlı qadınlar,

Çarşabsız, ədəbli, oxumuş, şanlı qadınlar.

                                                                               1926

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info