Qonaq Kitabı
YAŞASIN

Deyirəm, molla əmi, cümlə müsəlman yaşasın,

Yəni onlardakı namusı insan yaşasın.

 

Yaşasın tazə Hicazın kralı İbni Səud,

Sonra Feysəldə olan şövkəti-Sultan Məhmud,

İngiliz tazə kralə yenə versin mövlud,

Müxtəsər baş-başa qəyyur Ərəbistan yaşasın,

Ərəbistan dedigin türbəti-rizvan yaşasın.

 

Yaşasın Türkiyədə nalə çəkən köhnəçilər,

Mövləvilər, zor ilə şapka qoyan əhli-"xəbər"

Oldi biçarələrin yurd-yuvası zirü zəbər,

Mövləvi beççələr, ol zülfi-pərişan yaşasın,

Əhli-Bəktaşi Vəli qəhvəvü qəlyan yaşasın.

 

Yaşasın Ərdəbilin minlər ilə rövzəxanı,

Xəlxalın seyyidi və Isfəhanın rəml atanı,

Kirmanın dərvişi və Məşhədin əfyun satanı,

Ölürəm, ay kişi, başdan-başa Gilan yaşasın,

Bizim isna-əşəri məzhəbi, İran yaşasın.

 

Yazdılar, Şərqdə sulitanları çox danladılar,

Ağalar mətləbi gör indi necə anladılar,

Parisə, Londona bir səslə durub banladılar,

Kapital söylədi, səs salma, cibişdan yaşasın,

Sonra sizlərdəki alver malı, vicdan yaşasın.

                                                                            1926

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info