Qonaq Kitabı
LOQARNO

Çemberlenəm-dilavər; qorxar cəhan gücimdən,

Müstəmləkat titrər Emeri[1] kibi bicimdən,

Dünyadə hər nasıl baş qurtarmaz ülgücimdən,

Oldum cəhanə yeksər hiyləmlə tacidara.

 

Yapdım bu gün Loqarno şurayə qarşu bir zad,

Bilsən Loqarno nə imiş, eylərsən ahü-fəryad,

Şahim verib medalyo, söylər ki, əhsən, ustad,

"Hər dahidən füzuntər sən oldun aşkara".

 

Alman, firəng, belçiq əmrimdədir bu saət,

Balkan bütün sərasər qarşımda bir rəiyyət,

Avucumdədir italyan, Çinü Japon çe söhbət,

Könlüm Amerka istər, həq verdi iştəhara.

 

Şərqin yaxınlığında hər kəs ki var, qulumdur,

Hər gün satar-alaram vicdanları, pulumdur,

Islamlar qatırımdır, altun da dumbulumdur,

Dumbul vuranda meymun hər cür oyun yapara.

 

Fəhlə deyir, ay aşna, soxdun kül içrə,

Daldan xəbər yoxundur, aşlar pişir sol içrə,

Çəkmiş tüfəng əyağə, avçi gəlir yol içrə,

Köksən ətək müəttəz, mənğal gətir nəhara.

 

Keçdi köpək zamanı, növbət həqiqətindir,

Yığ dul, burazı, aşna, söz indi zəhmətindir,

Hər yapdığın xəyanət kəndi fəlakətindir,

Gəldikdə yövmi-məhşər eylərsən intihara.

 

It xoşlanar sümükdən, iksin yeyər üçində,

Gördün ilişdi-qaldı birdən boğaz içində,

Ixracını bacarmaz bin sən kibi laçın də,

Sən, ay dilavər, məzur dar mara.

                                                                       1926



[1] Emeri – Ingiltərənin müstəmləkə naziridir.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info