Qonaq Kitabı
BALAXANADAN

Atdı kəməndi-eşqini tazə nigarə parcanım,

Xeyli məsafə yan verir köhnə nigarə parcanım.

 

Madmazel almaq, ay canım, layiq olarmı heç sənə,

Həştadə çatmısan, gözün on beşə tikmisən genə,

Get, burax evdəkini sən, axtar özünə bir tənə,

Ver günə sökət özini köhnə divarə, parcanım.

 

Afərin, ay balam, sənə, sən füqəra kəfilisən,

Kimsə deməz sənə saqın, Rozaların səfilisən,

Çünki seçilməmiş, Balxananın vəkilisən,

Get, giriş hər ticarətə, qalma kənarə, parcanım.

 

Qorxma, işini gör, kişi, yırğalama yekə başın,

Məşdi, fəsad tək sənin vardı dalında yoldaşın,

Get, yüri, sat, puluni al, sovdu ki küftəbozbaşın,

Qalma bu qədr müntəzir badi-bəharə, parcanım.

 

Neyləyəcəkdi "bez"ləri, Balxananın cəmaəti,

Sat, pulun at cibişdanə, qoy eləsin qənaəti,

Bilməyəcək ki, fabriqant böylə fəna qəbahəti,

Tay elə zorba qəddini cümlə kübarə, parcanım.

                                                                                   1919

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info