Qonaq Kitabı
ZƏBANİ-HAL

Yarəb, nə bilim bir belə dövran olacaqmış,

Şantan köçəcək, mənzili viran olacaqmış.

 

Könlümdə qalır yadın, əya, nazlı Palerma,

Məşuqəli, mütrüblü, meyü sazlı Palerma,

Valeh sənə İranlı və qafqazlı, Palerma,

Evmizdə yeyib-içdigimiz qan olacaqmış,

Yarəb, nə bilim, bir belə dövran olacaqmış.

 

Marqo, gözəlim, qurban olum ol gözə-qaşə,

Lənətlər ola Fatmədəki sirkəli başə,

Sənsiz nə lüzum bir bu qədər səyü təlaşə,

Gündüz mənə zindan, gecə niran olacaqmış,

Yarəb, nə bülim, bir belə dövran olacaqmış,

 

Axdırdığın, ay bolşevik, ol qan səni boğsun,

Pulsız, pinəsiz, içdigin şanpan səni boğsun,

Pislik niyə etdin, a Şaumyan, səni boğsun,

Indi yuvan xakilə yeksan olacaqmış,

Yarəb, nə bilim bir, belə dövran olacaqmış.

 

Yandırdı papaq başımı, vay, vay, hanı şapqam,

Yayda kilovuş, qışda dəri fincanı şapqam,

Xəlvət küçənin, padvalın ən dərmanı şapqam,

Axır papağım bir yekə qazğan olacaqmış,

Yarəb, nə bilim, bir belə dövran olacaqmış.

 

Əgnimdə libasım urusi, pensinem əla,

Tazə jiletim, dügmələri nüqrə müttəla,

Papuşlarım laklı, ayaq görməmiş əsla,

Ax, bir papağım var ki, ...pizdan olacaqmış,

Şantan köçəcək, mənzili viran olacaqmış.

                                                                          1918

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info