Qonaq Kitabı
BAKI MİLLİ KOMİTETİNİN VƏFATI MÜNASİBƏTİLƏ

Sən, ey islamə hami, millətə səddül-aman, getdin,

Gələndə yaxşı gəldin, bir təhər qaldın, yaman getdin.

 

Qurultay qurqurundan dəng edərdin xəlqi, ay zalım,

Nə yatdın, nə çıxardın kim, bu gün aldın daban, getdin.

 

Daşı gəl tök ətəkdən, getmə, millət qalmasın başsız,

Bu başsız millətə olmaqdan isə pasiban, getdin.

 

Qurultay pulların təbliğə sərf etmək bununçünmiş

Ki, millət batdı, pul getdi, özün də bağrıqan getdin.

 

Edərlərsə bizi muxtar, o dəm sərkərdə kim olsun,

Kimi katib seçək, kim vermiş olsun imtəhan, getdin.

 

Deyirlər, üç nəfər Təbrizə göndərdin, qaçıb gəldi.

Əzizim, yoxsa incə könlünə dəgdi İran, getdin.

 

Görüm təklifini rədd eyləyən Təbrizə qar yağsın,

Bizim aclıqlara həsrət qala, başə salan, getdin.

 

Nüfuzun itməgindən sən müqəssir olmasan, haşa,

Bu millətdir həmişə xəlqdən dalda qalan, getdin.

 

Paho, getdin, əcəb, aşnan içün gəldin əzəl gündə,

Neçün gəldin, neçün getdin, gözəl gəldin, yaman getdin.

                                                                                        1917

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info