Qonaq Kitabı
MİLLƏT XƏBƏRLƏRİ

Dövlətliyə

Dövlətli, danırsan bu kibi həqqi nədən sən

Kim məşəri- insanə nə cansən və nə tənsən,

Axmış qan, əzilmiş bədəndən yapılan ol,

Dövlət denilən meyyitə qanlı kəfənsən.

 

Qolçomaqlar, götür ver

Hər məscidü hər məhlədə seçki, yenə seçki,

Həm gülməli, həm türfə gəlir lap mənə seçki,

Pəs məhlələrin qolçomağı, başçısı yoxmu?

Başqa nə yığıncaq, nə götür-qoy və nə seçki.

 

Kəndlilər, ayılmayın

Kəndlilər, İranlı tək siz də bəyə dustağ olun,

Bəy desə sərsaq olun, bigöftgu sərsaq olun,

Xanü bəy, dövlətli bir yurdun bütün allahıdır,

Kim deyər k, siz gəlib İranlıdan qoçaq olun.

 

Dər del daşt

Milyuqofdan soruşdular ki, gədə,

Dardanil söhbəti nə söhbətdir?

Dedi: Bosfor gərək mənim olsun,

İki yüz il bu bizdə niyyətdir.

 

Palanəş digərəst

Dedilər, köhnə hökumət qanımızçün zəlidir,

"Ameden"dir birisi, şahzadələr sevməlidir,

Iş dəyişdi, tazalandı bu böyük nemət isə,

Milyuqof fələ tərəfdarı? Bu çox gülməlidir.

 

Minacat

Barilaha! Biz Bakı əhlini gəh-gəh yad elə,

Qətlü qarətdən xilas et, hürr qıl, dilşad elə,

Qolçomaqdan qorxmayaq, əmmamədən vəhm etməyək,

Molla şərrindən, qoçi cəngindən al, azad elə.

 

Dad yarımçıq əlindən

Bu tərəf yarım qraxmal yetirübdü xəlqi canə,

O tərəf axundnümalər oturub çəkir zəbanə,

Birinin əlində təsbih, birinin əlində şanə,

Hərə öz ovundan ötrü oxunu qoyur kəmanə.

 

Bulanıq suda

Sana qurban canım, ey telli ədibdən bir ədib,

Yenə yoldaşlara bax kim, yoli düz getmədilər,

Şeiri şaircə sevərsən, dəxi var səndə nə eyb,

Səni cəmiyyət neyçün, bala, sədr etmədilər.

 

Təxəyyürat

Anlamam, ləfzi-"ədib"in yeni mənası da var,

Ya deyərlər onu sabiq kibi mümtazlərə,

Bəlkə, məşrutə deyə mən də müsavi oluram,

Ə.Hüseynzadələrə, Sədiyi-Şirazlərə.

                                                                            1917

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info