Qonaq Kitabı
Dedi, dinmə, öyünmə, yahu!

Dedi, dinmə, öyünmə, yahu! Yürəgimi dağlayırsan,

Kişi, heç utanmayırsan, bu nədir ki, bağlayırsan

Qola qırmızı nişan, nə deyim ol nişanə, yeznə.

 

Dedim, aşna, indi halın necədir? Dedi, görirsən

Ki, dalımda əlli put yük, belimə çəkiblər örkən,

Ona bir də baxdım, ey vah, onu gördim ağ eşən mən,

Kəsilib qulaği, burni, buləşübdü qanə yeznə.

 

Yenə baxdım, indi cütdür, birisi dişi, bir erkək,

Özimə dedim, bu cindir, bayaq itdi, indi eşşək,

Daban aldım evə sarı ta olarilə qalmayım tək,

Başına qəsəm, tüpürdüm iki yol dabanə, yeznə.

 

Yügürdüm ev sarı ta qutarım onun əlindən,

Görirəm ki, altı fələ yapışubdu saqqalindən,

Birinin, dedim, bu kimdir ki, vurubla peysərindən,

Verübən özimə cürət, yürüdüm o yanə, yeznə.

 

Görirəm, dayı qumarbaz neçə ildir oynayurdi,

Eləyirdi min-min hiylə, puli fələdən udurdi,

O qədər pul uddi, uddi ki, axırdə lap qudurdi

Ki, o, biclik ilə xəlqi yetirirdi canə, yeznə.

 

Demə, fələlər də gizlin yığılıb də kart basıblar,

Dayı ilə oynayıblar, cibini bütün kəsiblər,

Ayılıb dayı görüb ki, puluni udub kasıblar,

Neçə min də borcli qalmış qocaya-cavanə, yeznə.

 

Dedim, ay balam, yazıqdır, daha boşlayın yaxasın,

Dedilər, nə boşla? Hərgiz bu gərək çəkə cəzasın,

Şələ saqqalından asıb əzərik bunun qafasın,

Şələ söhbətin eşitcək, baxaram o yanə, yeznə.

 

Görürəm, bu zorba saqqal və bu fələlər tutan iş,

Demə, "Bozdar"ın kəsilmiş şələ quyruğuymiş,

Buni görcək anladım kim, nə ki görmüşəm yuxiymiş,

Yuxudan ayılcaq atdım əlimi kəmanə, yeznə

 

Ki atum bir ox səmayə fələkin sına qafası

Ki bu növi yeznənin də qaça qurtara yaxası,

Yenə yadə düşdü Şəddad, onun oxlə macərası,

Dedim, iş yamandu, dinmə ki, dönüb zəmanə, yeznə.

 

Məni lap bu qəm, bu qüssə götürübdü canə, yeznə,

Belə iş gələrdi hərgiz yürəgə, gümanə, yeznə

Ki, dönə qabanə yeznə,

Yügürə, dayanə yeznə,

Çıxa nərdivanə yeznə,

Yıxıla filanə yeznə.

                                                                                           1917

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info