Qonaq Kitabı
QAÇMAQ GÜNÜDÜR

Top nərəsi, qurşun səsi, at kişnəməsindən

Göylər dağılır, evlər uçar ğülğüləsindən,

Türk ordusu boysa ki, onun nərə səsindən,

Aləm dağılır, vaz keç, hökumət həvəsindən,

Qaçmaq günüdür, ingilis, osman gəliyor, arş,

Qaçmaqda Mıkırtıç sənə, Hartun sənə yoldaş.

 

Derdim, nə Bakı, Dərbənd, Dağıstan sənin olsun,

Tiflis də sənin, Qars da sənin, Van sənin olsun.

"Hayrıq" olasan, cümlə hayastan sənin olsun,

Türk qoymadı əfsus bir avudan sənin olsun,

Qaçmaq günüdür, ingilis, osman gəliyor arş,

Qaçmaqda Mıkırtıç sənə, Hartun sənə yoldaş.

 

Ey vah, o gözəl nəşəli xülya, o illər

Kim, can kimi bəslərdin onu sən neçə illər,

İndi tüpürürlər sənə hər yerdə hər illər,

Qaçmaq günüdür, ingilis, osman gəliyor, arş,

Qaçmaqda Mıkırtıç sənə, Hartun sənə yoldaş.

 

Bildik ki, əvaxirdə xətakar olacaqsan,

Arvad-uşağın qatili, borzar olacaqsan,

Sonra göyərib töylədə murdar olacaqsan,

Neyçün dedin, aləmlərə sərdar olacaqsan,

Qaçmaq günüdür, ingilis, osman gəliyor, arş,

Qaçmaqda Mıkırtıç sənə, Hartun sənə yoldaş.

 

Əvvəl Bakıya gəlcək, a kirvə, havalandın,

Xülyalara, röyalara əzbəs ki, inandın,

Hər yerdə soxuldun işə, qızdın, havalandın,

Top nərəsi lapdan eşitdikdə inandın,

Qaçmaq günüdür, ingilis, osman gəliyor, arş,

Qaçmaqda Mıkırtıç sənə, Hartun sənə yoldaş.

 

Bəs ki, burada olmadı qalmaq sənə məqdur,

Get Zəngəzura, Hində, o yerlərdə otur, dur,

Qəm çəkmə, maraq etmə, unutmaz səni "Şeypur",

Zira gələcək Hində qonaq ləşkəri-Mənsur,

Qaçmaq günüdür, ingilis, osman gəliyor, arş,

Qaçmaqda Mıkırtıç sənə, Hartun sənə yoldaş.

                                                                                        1918

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info