Qonaq Kitabı
CAVAN DOKTORLARIQ

Doktorlarıq, etmədik həmiyyət,

Kəndli uzanıb çəkərsə zillət.

 

Lazım gəlir olaq məşahir,

Lövhə vurub eyləyək təfaxür.

Məqsudimiz həp bu olmuş axır,

Kabinetdə yatıb, olaq fərağət

Gəncik hələ, çəkmərik əziyyət.

 

Vardır nə ricu'miz qəzada,

Qızdırma tutar bizi orada.

Naxoşlar uzansa, gəlsə dada,

Biz getmərik, eyləmə məzəmmət,

Gəncik hələ çəkmərik əziyyət.

 

Bir növ gərək murada yetmək,

Beşmərtəbələrdə məskən etmək,

Şəhri buraxıb olarmı getmək?

Xoşdur bizə ac-susuz səyahət,

Tənqid eləmək bizi nə hacət.

 

Kəndlərdə var isə pul qazanmaq,

Yox madmazelə dəyib-dolaşmaq,

Bulvarda gərək gəzib dolanmaq,

Pul olmasa da keçər, nəhayət,

Tənqid eləmək bizi nə hacət.

                                                                1926

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info