Qonaq Kitabı
QƏLƏMİMƏ BƏNZƏTMƏ

Sinəm atəşgədə, bir parça şərərdir qələmim,

Mənbəi-büxl ürəyim, aləti-şərdir qələmim.

 

Təkcə bir şairi-bivahiməvü pürhünərəm,

Min oxa, süngüyə, şəmşirə dəyərdir qələmim.

 

Kəndimi “xadimi-millət” – deyə öysəm yaraşar,

Rəhnümayi-rəhi-əbnayi-bəşərdir qələmim.

 

El bilir mən nəyəm, artıq nə üçün gizlədəyim,

Dərdsəri-ümmət üçün xəlqə zərərdir qələmim.

 

Söyüşüm ərsəsidir, səfhəsi məcmuələrin,

Əldə bir hərbeyi-xunrizi-düsərdir qələmim.

 

Cəhlin issiz, qaradonlu gecəsin bayquşuyam,

Çəkməyə hər tərəfə cismimi pərdir qələmim.

 

Zəhri-can, ruha əza, söylədiyim səfsətələr,

İntiqad oxlarına qarşı sipərdir qələmim.

 

Birlik, ülfət və məhəbbət telinin qayçısıyam,

Bixi-nəxli, əməli-qövmə bətərdir qələmim.

 

Təfriqə şəhri, nifaq ölkəsinin cütçüsüyəm,

Səpdiyi tüxmi-qərəz, büğzi-kədərdir qələmim.

 

Dəftərim zülməti-leyli-qüdəma şəbpərəsi,

Həm nəvisəndeyi-təhdidi-xətərdir qələmim.

 

Al, oxu şeirimi, yansın ciyərin, eylə həsəd,

Söz deyil yazdığı ki, dürrü gühərdir qələmim.

 

Qoy gözü ağrısın, əşarıma “pisdir” – deyənin,

Tökdüyü hər kəs üçün nuri-bəsərdir qələmim.

 

Hasili-şeirimə pəh-pəh deyənin nokəriyəm,

Sıxdığı öylə ağızlara şəkərdir qələmim.

 

Əyrimə düz deməyən, kim olur olsun, vururam,

Bax ucu nizə kimi qan ilə tərdir qələmim.

 

Dəstəsi zərdir qələmim,

Xuni-ciyərdir qələmim.

Düşməz,

Düşmənə yutdurduğu şey

Acı bibərdir qələmim.

                                                                            1916

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info