Qonaq Kitabı
ƏKSİ-ŞAHANƏ

Almaniyaya Hindenburq üçün Rza şahın           

  əksin gətirən heyət Berlin şəhərinə varid olmuşdur

                                                                           (qəzetlərdən)


FİRDOVSİNİN “ŞAHNAMƏ”SİNDƏN

Müinül-məmalik, əminül-müluk,

Sipəhdari-əzəm, dəbirüs-süluk.

Kamandar, çalakü həm nizədar,

Hamı əsbi-tazilərə şəhsüvar,

Qabaqca qulaman zərrinkəmər,

Dalınca səvaran çün şiri-nər.

Nağarazənan ilə şeypur, cəng,

Edər nərəsi guşi-əflaki dəng.

Şəhin əksini pirəki-nigdan,

Tutub əldə çün bərqi-atəşfəşan.

“Keçin, yol verin, əksi-şahanədir,

O büt, qəlbi-İrani bütxanədir”.

Bu heyət, bu həşmət, bu girü bu dar

Nədir?

– Əksini həzrəti-şəhriyar

Bu gün göndərir töhfə alman üçün,

Ürəklərdəki dərdə dərman üçün.

O əksin vürudilə almaniyan,

Çıxarlar əsarətdən asan həman.

Firəng, ingilislər, italyangili,

Düşünsün gərək ciddi bu müşkili.

Xəbər çatdı almana, Berlin tamam,

Yerindən qopub, mərdüm etdi qiyam.

Rəisan, əyanü xanan, bəyan,

Qabaqda böyük dəstə müzik çalan

Çıxıb pişvazə bütün əhli-din,

Gəlir əksi-sultani-İranzəmin.

Böyük bargah rəisül-bilad,

Açılmış, döşənmiş çü gahi-Qubad.

Gümüş manqal, altun maşa bir tərəf,

Çini hoqqalar çəkmiş asudə səf

Ki, əzayi-heyət be məhzi-vürud

Verə şövq ilə ta ki, tiryakə dud.

Ərəq şişələrdə, həşiş zərfdə,

Qənaət nə lazım, ola sərfdə,

Ləyən, aftava, canəmazi-hərir,

Nəmaz etməyə sonra əzayi-pir.

Şəha, tacidara, fələkrəfəta!

Mələkxisləta vü qədri-qüdrəta!

Tutub şövkətin cümlə Avropanı,

Nə Avropanı, bəlkə, hər bir yanı.

Yaşa, ey şahənşəhi-İran, yaşa,

Fəqət qorxuram getməyə iş başa.

                                                                    1926



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info