Qonaq Kitabı
SÖZ

Bir sədəfdir qəlbi-danişvər, düri-şəhvar söz,

Əqldir xurşidi-rəxşan, pərtövi-ənvar söz.

 

Sözdürür zi nəfs üçün əsbabi-sülh, alati-cəng,

Qəlbi-məcruhun şəfası, tiği-cövhərdar söz.

 

Rəhməti-xəllaqə nail söz qananlardır fəqət,

Əql olan başlardu cənnət, təhtəl-ənhar söz.

 

Natiq öz nitqində izhar eyləyər idrakını,

Çünki hüsnü qəbh təşxisindədir meyar söz.

 

Sözlə aləm tapdı xilqət, sözlə qeyb oldu şühud,

Cümlə əsrari-nihanı eylədi izhar söz.

 

Aləmi-lahutdən Cəbril tək eylər nüzul,

Səmi-nasuti qılar hər ləhzə bərxurdar söz.

 

Bu düri-pürqiyməti halilə istemal qıl,

Ta kəsafətli qərəzlə olmaya murdar söz.

 

Söz fünununda məharətsiz gərək etsin sükut,

Həm müxərrəbdir könül mülkünə, həm memar söz.

 

Söz eşit, Mənsur, ta təkmil edə idrakını,

Zərreyi-xaki qılar əlmasi-qiymətdar söz.

                                                                               1913

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info