Qonaq Kitabı
VAHİDƏ İTHAF

Dünən bir şeir yazdım mən dili-əfkar,

Özüm son şeirə baxdım, etdim iqrar.

Dedim, xəlvətə ver xali zi əğyar,

Əbəs sözdür, deyib, bir mərdi-huşyar,

“Ağaclar qovzayanda baş çəməndə,

Söyüd söylər o dəmdə: mən də, mən də”.

 

Mənə səd afərin, mən şairəm imiş,

Nə indi piş əzin mən şairəm imiş,

Sözümdür dilnişin mən şairəm imiş,

Əbəs sözdür, deyib, bir mərdi-huşyar,

“Ağaclar qovzayanda baş çəməndə,

Söyüd söylər o dəmdə: mən də, mən də”.

 

Əzəldən sahibi-zövqi-səliməm,

Qəzayə razıyam, nərməm, rəhiməm,

Kim oldu, mehribanam, çox həliməm,

Əbəs sözdür, deyib, bir mərdi-hüşyar,

“Ağaclar qovzayanda baş çəməndə,

Söyüd söylər o dəmdə: mən də, mən də”.

 

Adım, pəh-pəh, olub aləmdə məşhur,

Özümdən olmayıb bir kimsə mənfur,

Gəlir hər an dilə bu beyti-məzbur,

Əbəs sözdür, deyib, bir mərdi-huşyar,

“Ağaclar qovzayanda baş çəməndə,

Söyüd söylər o dəmdə: mən də, mən də”.

                                                                1916



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info