Qonaq Kitabı
KAMİLƏ NEMANZADƏYƏ

Kamilə can, kağız yazmadığınızdan anlayıram ki, yazılmayacaq hala düşmüsünüz. Bu isə çox nahaq. Balaca uşaq deyilsiniz. Bir-iki il sonra bir doktor, böyük bir iş adamısınız. Təbii fəlakətlərə qarşı soyuqqanlı, iradəli, möhkəm olmalısınız. Sabah-o biri gün heç birimiz də qalmayacağız. Növbə ilə həpimiz gedəcəyiz. Bu, bir qanuni-təbiidir. Bu adi şey üçün uzun-uzadı mütəəssir olmaq, uşaqlıqdan, hissiyyata məğlub olmaqdan başqa bir şey deyildir. Səni Adilədən daha möhkəm, iradəli sanırdım. Halbuki böylə hallara qarşı sən də həp zəif imişsən. Sən barı Adiləyə, Bəxtliyə baxmayıb, kağız yazaydın, məni xəstə-xəstə maraqda qoymayaydın. Afərin, Kamil təəssüratını toplayıb, gec də olsa, mənə kağız yazdı, məni intizardan qurtardı. Atiqənin üç gün sonra üzündə parlayan qırmızılığı görsəydin, özün də şaşardın. Bax, dünya adamı, həyat adamı!

Göndərdiyim baqajı aldınızmı? Əhməd bəyin baqaj kağızı göndərildimi? Baqajı hansı gün alıb-almadığınızı tez yaz. Pul xüsusunda sıxıntı çəkməyin. Lazımsa (mən göndərməyim, gec olar) borc alın, mən gələn kimi verərəm. Paşa bizdəmi, nasıl yaşayırsınız. Evi boş qoymayın, xırsızlıq olmaya. Hazırlanırıq ki, ayın axırında gələk.

P.S. Bu gün bibiyə kağız göndərmişəm.

 

Ömər Faiq.

Aqara, 20 noyabr 1933.

Məktubların əsli Ömər Faiqin qızı Kamilə xanımdadır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info