Qonaq Kitabı
MƏMMƏDƏLİ SİDQİYƏ

Əzizim Məmmədəli! İnan, bir həftədir soyuq alıb, naxoşam, öskürürəm. Heç damağım yox. Fikrimdə vardır, bir az yazı da yazaydım. Amma başımın ağrısından halım yox. Qaldı ki, şəkil, mənim üçün çox ağır deyil. Gəzə-gəzə fikir eləyib, tapıb yazaram, göndərərəm.

Mirzə Cəlil gəlmişdirsə, ona yazdığım pul barəsində mənə bir-iki günə tel ilə cavab versin. Martın 23-də vədədir. Ondan sonra lazım deyil. Tel ilə cavabı əcələ gözləyirəm.

Sabirə indilik salam.

Bu gün bir xırda yeşik göndərdim.

 

Ömər Faiq.

Azqur, 17 mart 1911.

Azərbaycan EA Əlyazmalar İnstitutu, f.6, saxlama vahidi 491.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info